İslamafobiya kəskin dərəcədə artıb Müsəlmanlar təhdidə məruz qalır

İslamafobiya kəskin dərəcədə artıb Müsəlmanlar təhdidə məruz qalır

Macarıstanda yaşayan müsəlmanlar burada hökm sürən islamafobiyadan kəskin dərəcədə narahat olub. SİA-nınTürkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Macar İslan Cəmiyyətini başçısı Zoltan Bolek bu barədə müsahibə verib. O bildirib ki, son zamanlar Macarıstanda yaşayan müsəlmanlara qarşı qərəzli münasibət onu həddən artıq narahat edir.

Macarıstana köçən miqrantların çoxunu müsəlmanlar təşkil edir. Mətbuatın müsəlmanları tez-tez terrorçu adlandırması bu ölkələrdə müsəlmanlara qarşı münasibəti kəskin dəyişdirib. Bununla bağlı orada yaşayan müsəlman cəmiyyəti tez-tez təhdid edilir. Zoltan Bolek bildirib ki, əgər təhdidlər davam etsə onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək Türkiyəyə köçmək haqda icazə alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə