Türkiyənin təhlükəsizlik qüvvələrinin 22 iyuldan bu günə qədər PKK terror təşkilatına qarşı ölkə daxilində və xaricində həyata keçirdiyi əməliyyatlarda 771 terrorist zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraqın şimalındakı hədəflərə doğru Türk reaktiv təyyarələrinin həyata keçirdiyi hava əməliyyatlarında 430 separatçı terror təşkilatı mənsubu öldürülüb. Kəşfiyyat əməliyyatçıları öldürülən 430 nəfərdən 80-nin Türk Silahlı Qüvvələrinin hava əməliyyatlarında yaralandıktan sonra İraqın şimalındakı xəstəxanalarda, yaxud da müalicə edildikləri yerlərdə öldüyünü bildirib. Təhlükəsizlik qüvvələrinin PKK terror təşkilatına qarşı ölkə daxilində reallaşdırdığı əməliyyatlarda 260 nəfərə yaxın terrorist ələ keçirilib. Hava əməliyyatları nəticəsində ölkə xaricində təxminən 450 terrorist yaralanıb. Ölkə daxilindəki əməliyyatlarda isə 300 nəfərə yaxın terrorist zərərsizləşdirilib. Yaralı terroristlərin mağaralarda müalicə edildiyi bildirilib. Digər tərəfdən, dünəndən başlayaraq Türkiyə-İraq sərhəddinin neytral Qaraçalı bölgəsində PKK düşərgələrinə qarşı keçirilən hava əməliyyatlarında 2 qrup halında hərəkət edən 18 terrorist öldürülüb. Hava əməliyyatları ilə birlikdə təhlükəsizlik qüvvələri tank və toplardan açılan atəşlər vasitəsilə terrorçulara xəsarət yetiriblər. Türkiyə Silahlı Qüvvələri həmçinin bildirib ki, PKK terror təşkilatının üzvləri öldürülən terrorçuların bəzilərinin cəsədlərini yanında aparır, bəzi cəsədləri isə olduğu yerdə buraxaraq qaçırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB