Rumıniya analitikləri ölkəyə Afrikadan və Asiyadan qeyri-qanuni emiqrantların gəlməsinin qarşısını almaq üçün hasar və ya divarların inşasına ehtiyac olmadığını bildirirlər. Ekspertlərin fikrincə, Rumıniyanın təbii səddi Dunay çayı və Qara dənizdir.
Ötən il Rumıniya sərhədini 1200 emiqrant qeyri-qanuni şəkildə keçmək istəyib. Onların əksəriyyəti Suriya, İraq, Əlcəzair, Pakistan və Əfqanıstan vətəndaşları olublar. Beləliklə, Rumıniya Avropa İttifaqının kütləvi şəkildə qeyri-qanuni miqrasiya problemi ilə üzləşməyən ölkələrindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB