Əsəd rejimi 125 dəfə kimyəvi silahdan istifadə edib

Əsəd rejimi 125 dəfə kimyəvi silahdan istifadə edib

Suriyada Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarı pozmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əsəd rejimi bu günə qədər BMT-nin kimyəvi silah istifadəsini qadağan edən sentyabr 2013-ci il tarixli qərarını 125 dəfə pozub. Suriya İnsan Haqqları Təşkilatı (SNHR) Əsəd rejiminin Guta Qətliamında kimyəvi silahdan istifadənin ikinci ildönümü ilə əlaqədar olaraq hesabat verib. Hesabatda, BMT-nin Təhlükəsizlik Komissiyasının "2218 saylı" qərarından əvvəl və sonrasındakı hücumları ələ alınıb. Qərardan əvvəl 23 dekabr 2012-ci il və 27 sentyabr 2013-cü illər arasında rejimin 33 dəfə kimyəvi silahdan istifadə etdiyi yazılan hesabatda, hücumların 20-nin Şam ətrafına, 9-nun paytaxta, 1-nin İdlib və 3-nün isə Humus şəhərinə təşkil edildiyi ifadə olunur. Rejimin 27 Sentyabr 2013-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) qərarından sonra isə daha 125 dəfə kimyəvi silahla hücum etdiyi qeyd olunur. Təhlükəsizlik Şurasının qaydalarına riayət etməyən Suriya rəhbərliyi hücumlarını davam etdirir. Hesabatda həmçinin qeyd olunur ki, 27 Sentyabr 2013-cü ildən bu günə qədər 40 dəfə İdlibdə, 27 dəfə Şam ətrafında, 21 dəfə Şamda, 20 dəfə Həmada, 8 dəfə Hələbdə, 4 dəfə Dərada, 3 dəfə Deyruzzorda və 2 dəfə isə Humusda kimyəvi silahlardan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə