Xam neftin qiymətindəki azalmanın enerji sərmayələrini alt-üst etdiyi Norveçdə işsizlik də artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilin ikinci rübündə Norveçdə iqtisadi inkişafın yavaşladığı açıqlanıb. Norveç Maliyyə Nazirliyi tabeliyindəki "Statistics Norway" tərəfindən yayımlanan açıqlamada bildirilir ki, ölkənin neft, qaz və dəniz daşınmaları sektoru xaricindəki digər sahələr ilin ikinci rübündə yalnız 0,2 faiz böyüyüb. Norveçli mütəxəssislər bu yavaşlamanın neft qiymətlərindəki düşüşün davam etdiyi müddətcə sabit qalacağını ifadə ediblər. Neft qiymətlərindəki ani düşüş iqtisadiyyatının təxminən yarısını neft ixracatına bağlayan Norveçdə işsizliyi də təhlükəli səviyyəyə gətirə bilər. Norveç neft şirkəti "Statoil" ölkənin digər enerji və xidmət provayderi şirkətlərində çalışan 20 mindən çox insanı işdən çıxartdığını açıqlayıb. Avropada işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdən biri olan Norveçdə işsizlik səviyyəsi son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, ölkədə işsizliyin səviyyəsi 4,3 faizə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB