Türkiyədən Gürcüstana 700 min dollarlıq YARDIM

Türkiyədən Gürcüstana 700 min dollarlıq YARDIM

Türkiyə dövləti Gürcüstan Müdafiə Nazirliyi ilə Daxili İşlər Nazirliyinə 700 min dollar dəyərində texniki vəsait göndərib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir ki, Türkiyənin texniki yardımı ilə əlaqədar olaraq təşkil edilən mərasimdə Türkiyənin Tbilisidəki Hərbi nümayəndəsi Cəvdət Yaşar, Gürcüstan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Sərhəd Xidmətinin səlahiyyətli şəxsləri ilə birlikdə Gürcüstan Baş Qərargah rəisinin köməkçisi polkovnik Omar Begoidze də iştirak edib. Mərasimdə çıxış edən Gürcüstan Baş Qərargah rəisinin köməkçisi polkovnik Omar Begoidze Türkiyənin Gürcüstana verdiyi dəstək üçün təşəkkürünü bildirib: "Türkiyə bizə NATO standartlarına uyğun texniki avadanlıqla təmin edərək müdafiə qabiliyyətimizi inkişaf etdirmə imkanı verib. Bunlar Silahlı Qüvvələrdə müvəffəqiyyətlə istifadə edilən avadanlıq və ən yaxşı texnologiyalardır".

Bütün xəbərlər Facebook səhifəmizdə