UNICEF-in Yəmən hesabatında ölkədə davam edən qarşıdurmalarda 4 ayda təxminən 400 uşağın öldürüldüyü, 600 uşağın əlil isə yaralandığı qeyd olunub. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, Yəməndə davam edən vətəndaş müharibəsi nəticəsində hər gün orta hesabla səkkiz uşağın həyatını itirir və ya şikəst qalır. Vətəndaş müharibəsinin Yəməndəki uşaqlara verdiyi zərərlərin açıqlandığı hesabatda, ölkədə səhiyyə sisteminin alt-üst olduğu, uşaqların kafi bəsləndiyi, məktəblərin bağlandığı və uşaq döyüşçülərin sayında artımın olduğu diqqət çəkib. Ölkə daxilindəki 10 milyon uşağın təcili humanitar yardıma ehtiyacı olduğuna da toxunulan hesabatda, mart ayından bu yana yaşanan qarşıdurmalar nticəsində gündə orta hesabla səkkiz uşağın həyatını itirdiyi və ya şikəst qaldığı qeyd edilir. Bundan başqa, hesabatda Yəməndə yaşanan qarşıdurmaların uşaqların həyatında gələcəkdə də dağıdıcı nəticələrə gətirib çıxaracağı vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB