Türkiyədə növbədənkənar parlament seçkisi Noyabrın 1-də baş tutacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, artıq ölkənin Mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilərin noyabrın 1-də keçirilməsi üçün təqvimi siyasi partiyalara təqdim edib. Lakin son qərarı Türkiyə Böyük Millət Məclisi verməlidir.
Qeyd edək ki, ölkə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu tarix isə avqustun 23-də başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB