Türkiyə tərəfi "Türk axını" ilə bağlı hökumətlərarası razılaşmanın layihəsini Rusiyaya təqdim edib və qarşı tərəfin cavabını gözləyir. "Reuters" xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir əlavə edib ki, Rusiyadan Türkiyəyə idxal olunan təbii qazın həcmi son altı ayda 8 faizədək azalıb.
"Türk axını" layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB