15 min nəfər həbs olunub

Çində kiber cinayətlə bağlı aparılan istintaq zamanı 15 mindən çox adamın həbs olunduğu bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şinhua Xəbər Agentliyinin yaydığı məlumatda deyilir ki, qumar, şiddət, şəxsi məlumat oğurlama və pornoqrafiya kimi virtual mühitdə işlənən cinayətlərə görə 190 mindən çox məlumat virtual mühitdən silinib, bununla bağlı təlimatlar verilib.

Qeyd edək ki, ölkədə iyun ayında 6 aylıq dövrü əhatə edən virtual cinayətlərlə bağlı kampaniyaya start verilmişdi. Kampaniyada virtual onlayn hücumlarla yanaşı fırıldaqçılıq və internet saytı ələ keçirmə ilə bağlı mübarizə aparılır. Bir çox internet şəbəkəsinin fəaliyyətinə xitam verilir. Digər tərəfdən, keçən həftə Tiencindəki partlayışla bağlı səhv məlumatların verilməsi, xalq arasında çaxnaşma yaradılması və təhrikedici paylaşmaların olduğuna görə 50 internet saytından 18-i tamamilə bağlanıb. 32 saytın isə fəaliyyəti təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə