Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Baş nazir Əhməd Davudoğlu 63-cü Hökumətiqurma vəzifəsini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla da Prezidentlə Baş nazir arasındakı görüş sona çatıb. Prezident igamətgahında mətbuat üçün bağlı keçirilən qəbul 1 saat 25 dəqiqə davam edib. Keçirilən görüşdən sonra Prezidentin mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, Ərdoğan 9 iyul 2015-ci il tarixində AKP sədri və Baş nazir Əhməd Davudoğlunu Nazirlər Kabinetini qurmaqla vəzifələndirib. Davudoğlu bütün səylərinə baxmayaraq, hökuməti qura bilməyib. Beləliklə də, Davudoğluna verilən müddət başa çataraq vəzifəsi geri alınıb. Rəsmi məlumatda o da vurğulanıb ki, Prezident baş nazir Əhməd Davudoğluna göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB