Yeni müqavilə əvvəlki qiymətinə və tədarük şərtlərinə görə fərqlənəcək. Söhbət daha müasir zenit-raket sistemindən gedir". Xarici KİV xəbər verir ki, bunu Rusiyanın "S-300" tipli zenit-raket kompleksinin İrana verilməsi ilə bağlı yeni müqavilədən danışarkən İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan bildirib.
Onun sözlərinə görə, Rusiya ilə müqaviləni imzalamaq üçün İran nümayəndə heyəti gələn həftə Moskvaya səfər edəcək: "Sənədin imzalanması üçün aşa bilməyəcəyimiz maneə yoxdur".
İranlı nazir deyib ki, "S-300 PMU" zenit-raket kompeksinin istehsalı dayandırıldığından, çox güman "S-300V4" (ixracat adı - "Antey-2550"dir) zenit qurğusu ilə bağlı danışıqlar aparılacaq və müqavilə imzalanacaq.
Qeyd edək ki, Moskva ilə Tehran arasında 900 milyon dollar dəyərində "S-300 PMU" zenit-raket kompleksinin alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. BMT Təhlükəsizlik Şurasının İrana qarşı növbəti sanksiyasından sonra Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev bu zenit qurğusunun Tehrana verilməsinə qadağa qoydu. Müqaviləni yerinə yetirmədiyi üçün İran Cenevrədəki arbitraj məhkəməsində Rusiyaya qarşı 4 milyard dollarlıq iddia qaldırmışdı.
Bu il aprelin 13-də Rusiya prezidenti Vladimir Putin "S-300 PMU"nun İrana verilməsi haqda tətbiq edilən qadağanın ləğv edilməsi haqda fərman imzalayıb.report.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB