İstidən 8 nəfər öldü Yaponiyada

İstidən 8 nəfər öldü Yaponiyada

Avropada hökm sürən güclü istilər Yaponiyada da müşahidə olunub. Avqust ayında Gündoğar ölkədə güclü istilər qeydə alınıb. Son bir həftədə 40 dərəcəyə yüksələn isti hava nəticəsində 8 nəfər həyatını itirib və 4 mindən çox insan hospitallaşdırılıb.

Anomal isti səbəbdən ölkənin Yanğından Mühafizə və Təcili Tibbi yardım xidmətləri fasiləsiz iş rejiminə keçməli olub. Dözülməz istilərdən ən çox paytaxt Tokio şəhəri və ona ətraf rayonlar əziyyət çəkib.

Yerli dairələrin məlumatına görə, günvurmadan xəstəxanaya çatdırılanlar arasında yaşlı nəslin nümayəndələri çoxluq təşkil edir. Əhaliyə günorta saatlarında küçədə uzun müddət qalmamaq, çoxlu maye qəbul etmək və kondisionerdən istifadə etmək tövsiyə olunur.

Meteoroloqların proqnozuna görə, Yaponiya ərazisindən isti hava kütləsi ayın sonunadək çəkilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə