ABŞ şirkəti Arktikada neft axtarır

ABŞ şirkəti Arktikada neft axtarır

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan "Royal Dutch Shell" Arktikada neft axtaracaq. "Energyworldmag.com" xəbər verir ki, ABŞ-ın Prezident Administrasiyası bununla bağlı "Royal Dutch Shell"a neft və qaz axtarışı ilə əlaqədar Arktikada qazma işləri həyata keçirməsinə icazə verib. Şirkətin mütəxəssislərinə görə, Çukot dənizinin altında təxminən 15 milyard barrelədək neft ehtiyatı var.

Bütün xəbərlər Facebook səhifəmizdə