Aralıq dənizi vasitəsilə Avropa sahillərinə indiyədək təqribən 240 min adam gəlib. Təkcə bu ilin birinci rübündə 185 min adam Aİ-dən sığınacaq istəyib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz çoxdur. Almaniya yenicə gələnlərin 35 faizini, İsveç 14 faizini, İtaliya və Fransa hərəyə 11 faizini, qalan ölkələr isə qaçqınların ümumi sayının 40 faizdən azını qəbul ediblər.
UNHCR xəbər verir ki, aramsız münaqişələrin "ağır humanitar nəticələrini" nəzərə almaq lazımdır. 2014-cü ildə müşahidələrin aparıldığı bütün dövr ərzində olduğundan daha çox adam qaçqına çevrilib. Hazırda bütün dünyada 60 milyondan çox adam münaqişələr və təqiblər üzündən yaşadığı yeri tərk edib. Təkcə Suriyadakı vətəndaş müharibəsi üzündən 4 milyondan çox adam başqa ölkələrdə sığınacaq axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB