Türkiyədə aləm bir-birinə dəydi Seçkilərdən Çəkilirlər

Türkiyədə aləm bir-birinə dəydi Seçkilərdən Çəkilirlər

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Engin Altay seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o bu açıqlamanı Xalqların Demokratik Partiyası (HDP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) seçkilərdə iştirak etməkdən imtina etdikdən sonra verib.

Dünən axşam Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) qurulacaq yeni hökumətdə Xalqların Demokratik Partiyası (HDP) ilə yanaşı iştirak etmək istəmədiyini bildirib və seçkilərdən imtina edib. CHP sədri Altay müsahibə verərkən bildirib ki, MHP seçkilərdə iştirak etmir, heç HDP də buna elə də həvəsli deyil. Əgər HDP də namizəd verməsə Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinin çoxluq təşkil etdiyi bir seçkidə biz də iştirak etməyəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə