Hindistan prezidentinin xanımı Suvra Mukherci bu gün vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Hindistan prezidentinin administrasiyasının yaydığı xəbərdə deyilir.
"Times of India" nəşrinin məlumatına əsasən, Hindistanın birinci xanımı uzun müddətdir ki, xəstə idi. Keçən həftə cümə günü xəstəxanaya yerləşdirilən S. Mukherci nəfəs boşluğunda və ürəyində yaranan problemlərdən əziyyət çəkirdi.
S.Mukherci 1940-cı il sentyabrın 17-də Cesorda anadan olub. 1957-ci il iyulun 13-də o, Hindistan prezidenti Pranab Mukherci ilə ailə həyatı qurub.
Birinci xanım Hindistan şairi Rabindranat Taqorun pərəstişkarlarından olub. Şairin əsərləri əsasında Hindistan da daxil olmaqla, Avropa, Asiya və Afrikada səhnələşdirilən teatr tamaşalarında uzun illər iştirak edib və mahnılar ifa edib.
S.Mukherci həmçinin rəssamlıq fəaliyyəti ilə məşğul olub. Onun hesabında bir neçə fərdi sərgi var.(ria-novosti)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB