Miqrasiya axını Avropa üçün bir nömrəli problemə çevrilib. Yaxın vaxtlarda qaçqınlar problemi Avropa İttifaqı (Aİ) üçün Yunanıstandakı böhran və avronun sabitləşməsindən daha prioritet problemə çevriləcək.
Belə bir açiqlama ilə Almaniya kansleri Angela Merkel "ZDF" telekanalına müsahibəsində çıxış edib. A.Merkel vurğulayıb ki, Avropa İttifaqı ərazisində miqrantların qəbulu məsələsində vahid qaydanın tətbiqinə nail olmaq vacibdir.
Almaniya kansleri hesab edir ki, sığınacaq veriləcək və ya əksinə, deportasiya olunacaq qaçqınların ərizələrinə qısa müddətdə baxılması üçün siyahı hazırlanmalıdır. O, Aİ dövlətlərinə müraciət edərək bildirib ki, miqrasiya problemini çözmək üçün birlik ölkələrindəki kadr ehtiyatının səfərbər olunmasına ehtiyac var.
Qeyd edək ki, ötən illə müqayisədə 2015-ci ildə Almaniyadan sığınacaq istəyən mühacirlərin sayı iki dəfə artıb. Bu ölkənin xarici işlər naziri Frank Valter Ştayanmayerin hesabatına görə, qaçqın statusu ilə müraciət edən miqrantların sayı isə 180 mini ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB