440 terrorist məhv edilib

PKK terror təşkilatına qarşı 7 iyul-17 avqust tarixləri arasında təşkil edilən əməliyyatlarda 440 terrorist məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 150 nəfər ağır olmaqla 400-dən artıq terrorist isə yaralanıb. Türkiyə silahlı qüvvələri tərəfindən 42 gündür həm qurudan, həm də havadan təşkil edilən əməliyyatlarda PKK-ya ağır zərbə vurulub. PKK və onun şəhər qruplaşması olan KCK və terror təşkilatının gənclik quruluşu olan YDG-H üzvlərinə qarşı daxili və xarici əməliyyatlar isə davam edir. 7 iyul - 17 avqust tarixləri arasında reallaşdırılan əməliyyatlarda 18 yaşından aşağı olan uşaqlarla birlikdə 730 qadın nəzarətə götürülüb. Hakim qarşısına çıxarılan terroristlərdən 417 nəfəri həbsxanalara göndərilib. Türkiyənin 36 şəhərində həyata keçirilən əməliyyatlarda həm PKK, həm də YDG-H üzvləri saxlanılmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə