Məsciddə PKK-ya məxsus cəbbəxana aşkarlanıb

Məsciddə PKK-ya məxsus cəbbəxana aşkarlanıb

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonundakı məscidlərdən birində terrorçu Kürd Fəhlə Partiyasına (PKK) məxsus cəbbəxana aşkarlanıb. Anadolu Agentliyinin məlumatına görə, axtarış zamanı məsciddən 250 kiloqram partlayıcı, 2 raket atan və 3 iri çarxlı silah, bu silahlara aid çox sayda güllə və mərmi, tapançalar və səsboğucular, 35 molotov kokteyli və digər döyüş sursatları ələ keçirilib. Bildirilir ki, cəbbəxana ilə əlaqəsi olan 14 nəfər həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə