“ABŞ-ın Rusiyaya qarşı gücü qalmayıb” Pentaqon Açıqladı

“ABŞ-ın Rusiyaya qarşı gücü qalmayıb” Pentaqon Açıqladı

Orta Şərqdə baş verən döyüşlərdən yorğun düşən ABŞ ordusunun Rusiya ilə baş verə biləcək müharibəyə qarşı gücü qalmadığı açıqlanıb. SİA-nın "Daily Beast"ə istinadən verdiyi xəbərə görə, bu məlumat adını açıqlamaq istəməyən Pentaqon nümayəndəsi tərəfindən verilib. Açıqlamada bildirilir ki, Amerika ordusu Rusiya ilə yaşana biləcək uzun müddətli döyüş zamanı nələr ola biləcəyini hesablayıb. Gizli mənbənin dediyinə görə ABŞ Rusiya ilə müharibəyə başlasa bunun sonu onun üçün heç də yaxşı olmayacaq.

Pentaqon nümayəndəsi bildirib ki, Orta Şərqdə gedən terrora qarşı mübarizə ABŞ-ın hərbi bazasını zəyiflədib. Buna görə də, ABŞ Rusiya ilə müharibəyə hazır deyil. O bildirib ki, Rusiyaya qalib gələ bilərrik lakin bunun üçün Amerika bütün gücünü səfərbər etməlidir. Lakin bu addıma hələ hazır deyilik.

Bütün xəbərlər Facebook səhifəmizdə