Bu il Aralıq dənizində 2 min 300 miqrant batıb

Bu il Aralıq dənizində 2 min 300 miqrant batıb

Beynəlxalq Miqrasiya Təşkilatı bu il Şimali Afrikadan Avropaya Aralıq dənizi vasitəsilə keçmək istəyən 2 min 300 miqrantın həyatını itirdiyini bəyan edib. İtaliyanın ANSA Agentliyi xəbər verir ki, təşkilat ötən illə müqayisədə bu il daha çox sayda – 250 min miqrantın Avropaya gəldiyini bildirib. Cari ayda da İtaliyanın cənub sahillərində çoxlu sayda miqrant daşıyan gəmilər qəzaya uğrayıb. Qurum insan tələfatı ilə nəticələnən qəzaların miqrant probleminin nə dərəcədə ciddi olduğunu göstərdiyini vurğulayıb. Bütün bu təhlükələrə baxmayaraq, bu il 102 min miqrant İtaliyaya keçməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə