Alimlər Nefertitinin məzarını tapdıqlarını güman edirlər

Alimlər Nefertitinin məzarını tapdıqlarını güman edirlər

Alimlər Nefertitinin məzarını neçə illərdir ki, axtarırlar. Naked-science.ru saytı xəbər verir ki, ABŞ-ın Arizona Universitetinin arxeoloqu Nikolas Rivz Misir fironu Tutanxamonun sərdabəsini tədqiq edərkən şəkillərdə gizlədilən qapı izlərini aşkarlayıb.

Alimin fikrincə, bu qapı Misir şahzadəsi Nefertitinin məzarına aparıb çıxara bilər. O, sərdabənin divarlarında gizli qapıları xatırladan çatlar aşkarlayıb. Arxeoloq bu qapıların Nefertitinin məzarına aparan yol olduğuna əmindir.

Qeyd edək ki, firon Exnatonun həyat yoldaşı şahzadə Nefertiti çox gözəl qadın olub.

Alimlər bu günədək bir çox məzarlar tapıb və onun Nefertitiyə məxsus olduğunu güman ediblər. Lakin sonralar bu, hər dəfə təkzib olunub.

Amerikalı arxeoloqun mülahizəsi isə məntiqəuyğundur, çünki yalnız Nefertitinin məzarı Tutanxamonun sərdabəsinin qəribə planlaşdırılmasını izah edə bilər. Sərdabə əvvəllər şahzadə Nefertitiyə məxsus olub, 17 yaşında dünyasını dəyişən Tutanxamon isə sonradan oraya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə