ABŞ Avropanın göz yaşına da baxmayacaq Şok Açıqlama

ABŞ Avropanın göz yaşına da baxmayacaq Şok Açıqlama
ABŞ tarixçisi Erik Zuese Rusiyanı zəiflətmək üçün dünyanın fərqli yerlərində təxribat aparan ABŞ-ın məqsədə doğru gedən yolda müttəfiqlərinə belə güzəştə getməyəcəyini açıqlayıb. SİA-nın qərq mətbuatına istinadən verdiyi xəbərə görə, alman qəzetində dərc olunan yazıda ABŞ-ın Liviya, Suriya və Ukrayna ilə bağlı siyasəti arasında paralel yönlər tapan tarixçi bildirib ki, amerikalılar Liviyanı bombalamamışdan əvvəl ora rifah dolu bir ölkə idi. Adam başına düşən gəlir yüksək idi. Təhsil və səhiyyə xidmətləri dövlət nəzarətində idi. ABŞ-ın müdaxiləsindən sonra Liviya Avropa üçün ciddi bir problemə çevrildi. İndi isə ABŞ üçün sırada Suriya var. ABŞ düşünür ki, Rusiyaya qalib gəlmək üçün Suriya da məhv edilməlidir.

Siyasi ekspert bildirib ki, ABŞ Rusiyaya qarşı qərar verərkən bu qərarın Avropaya təsir edib etmədiyini nəzərə almır. ABŞ dövlətinin baş siyasəti dünyadakı xaos və dağıntıdan xilas olan yeganə dövlət olmaqdır. Buna görə də Rusiyaya tətbiq edilən sanksiyaların Avropaya zərər verməsi onun üçün elə də vacib bir məsələ deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə