ABŞ-ın dövlət katibi Con Kerri Kubaya səfəri çərçivəsində bu ölkədə yeni fəaliyyətə başlamış Amerika səfrliyində bayraqqaldırma mərasiminə qatılacaq. Məhz bu prosesdən sonra ABŞ və Kuba arasında diplomatik əlaqələrin bərpası baş tutacaq. SİA "İtar-tass" agentliyinə istinadən verdiyi xəbərə görə, Con Kerri 1945-ci ildən bu yana Kubanı ziyarət edən ilk amerikalı dövlət rəsmisi olacaq. Nümayəndə heyətinə ümumilkdə 20 nəfər qatılacaq. Onlar arasında dipkorpus təmsilçiləri, Ağ Ev aparatının əməkdaşları və Konqres üzvləri olacaq.
Avqustun 12-də keçirilən xüsusi brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan etmişdi ki, bu hadisə nəticəsində ötən ilin dekabr ayından başlayan ikitərəfli əməkdaşlıq öz kulminasiya nöqtəsinə çatacaq. Belə ki, həmin ərəfədə Barak Obama da bəyan etmişdi ki, o, ölkəsinin Kuba ilə yeni əməkdaşlığın qurulmasında maraqlıdır və bu prosesə lazımi dəstəyini verəcək.
Qeyd olunub ki, Amerikanın diplomatik missiyası Kubada ötən ayın 20-dən tam fəaliyyətə başlayıb. Həmin vaxt rəsmi Havana və Vaşinqton səfirliklərin açılması barədə razılıq əkldə etmişdilər. Con Kerrinin Kubaya edəcəyi səfər proqramı ümumilikdə iki hissəyə bölünüb. Proqramın ilk hissəsində həm Kuba, həm də ABŞ rəsmilərinin iştirakı ilə ABŞ-ın dövlət bayrağı təntənəli şəkildə səfirlik binasının qarşısında qaldırılacaq.
Rəsmi görüşlərə gəlincə isə, qeyd olunur ki, Kerri Kubanın xarici işlər naziri Bruno Rodriqeslə bir araya gələcək. Lakin Kubanın Dövlət və nazirlər şurasının sədri Raul Kastro ilə görüş planlaşdırılmayıb.
Ancaq bütün bunlara baxmayaraq, rəsmi Havana xatırladıb ki, hazırda Vaşinqtonla əməkdaşlıq məsələsində normal mühit tam şəkildə reallaşmayıb. Belə ki, bugün də ABŞ və müttəfiqləri Kubaya qarşı ticari, iqtisadi və maliyyə blokadası siyasəti yürüdür. Eyni zamanda, Kubata məxsus Quantanamonun ərazisi ABŞ-ın hərbi bazası adı altında işğal olunmuş vəziyyətdədir. Kuba tərəfi rəsmi şəkildə onu da bəyan edib ki, hərbi baza tərəfindən ada ərazisində qadağan olunmuş televiziya və radio verlişləri translyasiya olunur, bu çərçivədə təxribatçılıqlara yol verilir.
Rəsmi Havananın daha bir tələbi isə ABŞ-ın Kuba xalqına yaşatdığı blokadaya görə kompensasiya ödənilməsini tələb edir. Ekspertlər bu rəqəmin 121 milyard dollar olduğunu bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB