Misirin bir çox şəhərində Rabia və Nahda meydanlarındakı qırğının ikinci ildönümü münasibətilə yürüşlər təşkil edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Misirdə çevrilişə qarşı olan xalq dövlət rəhbərliyi əleyhinə şüarlar səsləndirib. "Çevrilişi Rəddetmə" və "Demokratiyaya Dəstək" adı altında Misir Milli İttifaqının həyata keçirdiyi mitinqə ölkənin müxtəlif istiqamətlərindən insanlar qatılıb və onlar Rabia və Nahda meydanları istiqamətində irəliləyiblər. Misir Daxili İşlər Nazirliyinin nümayişləri dağıtmaq üçün etdiyi bütün cəhdlər boşa çıxıb. Çoxlu sayda insanın mitinqlərə qoşulduğu müşahidə edilib. Paytaxt Qahirədəki Ayn Şəms istiqamətində irəliləyən aktivistlər çevriliş əleyhdarlarının simvolu olan "Rabiyə" emblemli şüarlar nümayiş etdiriblər. Əl-Matariyyə istiqamətində təşkil edilən yürüşdə isə təhlükəsizlik orqanlarının nümayəndələri göz yaşardan qazlardan istifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB