Şimali Koreya dövləti bu gecədən etibarən saatları standart saat diliminin 30 dəqiqə gerisinə alaraq xüsusi zaman diliminə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə saatların yeni zaman diliminə keçidi, Şimali Koreyanın Yaponiyanın işğalından xilasının 70-ci ildönümü ərəfəsində həyata keçirilib. Belə ki, Paytaxt Pyongyangda bununla bağlı atəşfəşanlıq olub. Koreya Dövlət Xəbər Agentliyi (KCNA) tərəfindən keçən həftə verilən xəbərdə bildirilmişdi ki, "Pyongyang Saat Zolağı" Yapon müstəmləkəsindən qurtuluşun ildönümü ərəfəsində dəyişdiriləcək. Qərarın, ölkənin sərhəd qəsəbəsi olan Kaesonqdakı sənaye bölgəsində kiçik anlaşılmazlığa yol açacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB