Avro Qrupunun rəhbəri, eyni zamanda Hollandiya Maliyyə Naziri Jeroen Dijselblom Yunanıstanla siyasi razılıq əldə etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avro Qrupunun rəhbəri, Yunanıstanın 3-cü qurtarma paketi ilə bağlı keçirilən fövqəladə toplantı sonrası jurnalistlərə açıqlama verib. Avro Qrupunun toplantısı zamanı müsbət nəticə əldə etdiklərini ifadə edən Dijselblom son vəziyyətlə bağlı bunları deyib:
"Yunanıstanla yarımçıq qalan mövzuları həll etdik. Avro Qrupu olaraq Yunanıstanla siyasi razılıq əldə olundu".
Dijselblom razılaşmanın Yunanıstan iqtisadiyyatının davamlı olaraq böyüməsinə dəstək verəcəyini ifadə edib. O, həmçinin qeyd edib ki, Yunanıstanın müzakirələrdən sonrakı dövrdə qanuni tənzimləmələr həyata keçirməsi, ölkəyə qarşı inamın artmasına şərait yaradıb. Tətbiq edilən paketin ictimai maliyyələşdirmənin həyata keçirilməsinə, struktur və maliyyə sabitliyinin əldə edilməsinə diqqət çəkən Dijselblom, proqramın 86 milyard avro dəyərində olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB