Almaniya qaçqınlardan imtina edir

Almaniya qaçqınlardan imtina edir

Almaniyanın Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarəsi təhlükəsiz hesab edilən Balkan dövlətlərinin Şengen zonasında qaçqın statusu almaq istəyən vətəndaşlarına daha sərt tələblərin tətbiq olunmasını istəyir.

Federal idarənin başçısı Manfred Şmidt "dpa" agentliyinə müsahibəsində bildirib ki, qaçqın statusu almaq barədə vəsatəti rədd edilmiş şəxslərin pasportlarına Şengen zonasına daxil olan bütün dövlətlərin ərazilərinə təkrar gəlməyi qadağan edən ştamp vurulmalıdır.

M.Şmidt hesab edir ki, təhlükəsiz ölkələrdən gəlib sığınacaq istəyənlər üçün sosial müavinətləri azaltmaq barədə düşünmək lazımdır. Onun fikrincə, bu, Şengen zonası ölkələrinin sosial sisteminin xidmətlərindən istifadə etmək məqsədi ilə bu ölkələrə axın edənlərin yolunda maneə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə