Suriyaya hücum 32 ölü, 175 yaralı

Suriyaya hücum 32 ölü, 175 yaralı

Suriya ordusuna qarşı döyüşən müxalifətçi qruplar Şam şəhərinə hücum edib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, hücumda hədəflənən əsas səmt vətəndaşların yaşadığı bölgələr olub. Suriyanın Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, hücum zamanı 50-dən çox raketdən istifadə edilib. Baş vermiş terror aktında 32 nəfər həlak olub, 175 nəfər isə yaralanıb.

Qeyd edək ki, hadisənin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zarifin Şam şəhərinə ziyarəti ərəfəsində baş verməsi diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə