Çin dolları rubla dəyişdi
Çinin Mərkəzi Bankı ölkənin Suyfenhe şəhərində ticari əlaqələri yuan və rubl vasitəsilə apacaq. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, burada ticarətdə ABŞ dolları əvəzinə rus rublundan istifadə ediləcək.

Çinin Pul Siyasəti Dairəsinin Ümumi Sekretar köməkçisi Cin Mey şənbə günü Suyfenhe şəhərində keçirilmiş sərginin açılışında bildirib ki, şəhərdə iqtisadi əlaqələr rubl və yuan vasitəsilə aparılacaq.

Suyfenhe şəhərində yerləşən market, otel və restoranlarda ödəniş rubl ilə həyata keçiriləcək. Bu qarşılıqlı ticari və iqtisadi əlaqələr Rusiya və Çin arasındakı turizm sektoruna da təsir edəcək.

Qeyd edək ki, keçən il Rusiyanın Mərkəzi Bankı və Çin Xalq Bankı arasında iqtisadi əlaqələri möhkəmlətmək məqsədilə 24.5 milyard dollar dəyərində 3 illik kurs mübadiləsi razılaşması imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə