2 PKK-lı öldürüldü

Türkiyənin Muş vilayətində 2 PKK terrorçusu öldürüb. SİA-nın "Millliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Muş vilayətinin Varto bölgəsində təhlükəsizlik qüvvələri üzərlərində iriçaplı silahlar olan iki şəxsi müəyyən ediblər. Polislərin "təslim ol" xəbərdarlığına atəşlə cavab verən terrorçular atışma zamanı öldürülüblər.

Avqustun 11-də isə gecə saatlarında Şırnak vilayətində növbəti terror aktı törədilib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən son məlumatda bildirilir ki, terror aktı zamanı 1 türk əsgəri şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə