Tacikistan-Əfqanıstan sərhədində 5,7 ballıq zəlzələ

Tacikistan-Əfqanıstan sərhədində 5,7 ballıq zəlzələ

Tacikistan-Əfqanıstan sərhədi rayonunda 5,7 bal gücündə zəlzələ olub. Bu barədə Tacikistan mənbələri məlumat verib.

Tacikistan seysmoloqları yeraltı təkanları saat 15:05-də qeydə alıblar. Zəlzələnin episentri Düşənbədən 300 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Əfqanıstan, Hindistan, Pakistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.

Zərərçəkənlər haqqında məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə