ABŞ Konsulluğuna atəş açıldı

ABŞ Konsulluğuna atəş açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən ABŞ Konsulluğuna kimliyi məlum olmayan şəxslər tərəfindən atəş açılıb. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı polislə qarşı tərəf arasında atışma yaranıb.

Hücum sonrası bölgəyə bomba zərərləşdirmə və araşdırma qrupu cəlb edilib. Bölgədə çoxlu sayda təcili yardım saxlanılır.

Məlumata görə, şübhəli şəxslərdən biri kişi, digəri isə qadın olub. Qaçan şəxslərdən birinin evə sığındığı və saat 08:30 radələrində polis tərəfindən ələ keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə