Hamıya məlumdur ki, Koreya Xalq Demokratik Respublikası öz "dünyasında" yaşayır. Hazırda ölkə özünün şəxsi saat qurşağını yaratmaq yolundadır. "KCNA" dövlət informasiya agentliyinin yaydığı xəbərə görə, ölkə avqustun 15-dən "Pxenyan vaxtına" keçir. Bunun üçün saatın əqrəbləri yarım saat geri çəkilir. Qeyd edək ki, 15 avqust tarixi təsadüfi seçilməyib. Həmin gün ölkə Yaponiya işğalından azad olunmasının 70 illiyini bayram edəcək. Yeni saat qurşağı Yaponiya işğalından əvvəl olduğu kimi Qrinviçlə +08:30 hesablanır.
Şimali Koreya agentliyinin məlumatına görə, "amansız yapon imperialistləri Koreyanı standart vaxtdan məhrum etməklə, bağışlanmaz cinayət ediblər". Yeni vaxta görə, Koreya ilə Tokio və Seul arasında yarım saat vaxt fərqi olacaq.
Qeyd edək ki, Şimali Koreyanın artıq öz şəxsi təqvimi var. Ölkə vaxt hesabını bütün dünyada olduğu kimi İsanın mövludundan deyil, ölkənin milli lideri Kim İr Senin anadan olduğu 1912-ci ildən aparır. Deməli, bu il Koreyada 104-cü ildir.
Maraqlıdır ki, Koreya Respublikası da 1954-1961-ci illər arasında öz vaxtını Şimali Koreya kimi dəyişərək, yarım saat geriyə çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB