Avtobus divara çırpıldı 9 ölü, 30 yaralı

Avtobus divara çırpıldı 9 ölü, 30 yaralı

Türkiyənin Balıkesir vilayətində Suriyalı vətəndaşları daşıyan avtobus divara çırpılaraq qəza edib. SİA-nın haberler.com-a istinadən verdiyi xəbərə əsasən, səhər saatlarında baş verən qəzada 9 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, 25 nəfər üçün nəzərdə tutulmuş avtobusa 40 nəfər sərnişin mindirilib. Hadisədə xəsarət almış şəxslər bölgədəki xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə