İŞID-in neftini Almaniya satır

Qərb ölkələrinin növbəti ikiüzlülüyü ortaya çıxıb. Belə ki, koalisiya təyyarələri ilə İŞID-ı vuran Almaniya əl altından təşkilatın İraq və Suriyadakı neftini beynəlxalq bazarda satır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniya İŞID-dan aldığı nefti Tartus limanı üzərindən Avropaya köçürdür. Milyonlarla dollarlıq neft gəlirini isə nağd olaraq təşkilata ödüyür. Hazırda İŞID-ın ən əhəmiyyətli gəlir qaynağı Suriyada nəzarət etdiyi neft sahələri olduğu hər kəsə məlumdur. İŞID-ın idarə etdiyi nefti dünya bazarlarına necə sövq etdiyi artıq ortaya çıxmağa başlayıb. İŞID-ın Suriya və İraqda fəaliyyət göstərən Qərb ölkələrinin şirkətləri üzərindən nefti beynəlxalq bazarlara satıldığı kəşfiyyat orqanları tərəfindən artıq təsbit edilib.

AL NEFTİ VER SİLAHI

Əslində İŞID-ın beynəlxalq koalisiyanın bombardmanına baxmayaraq necə ayaqda qaldığı istiqamətindəki sualların cavabları Qərb ölkələrinin şirkətlərinin etdiyi ticarətdə gizlənib. Bu çərçivədə İŞID-ın Suriya torpaqlarında ələ keçirdiyi neft yataqlarından əldə etdiyi nefti daxili istehlak və silah alışında istifadə etdiyi bildirilir. Bu təşkilat neftin bir barelini 20 dollara, bəzən isə 15 dollara satır.

Tartus üzərindən Avropaya

Bu nefti beynəlxalq bazarlara dövr edilməsində yerli seqmentlərin gücü yoxdur. Ona görə də əsas yükü Suriyada və İraqda fəaliyyət göstərən Qərb firmaları öz üzərinə götürür. 1 barelinin 15-20 dollar civarında satılan neftin beynəlxalq bazarlara verilməsində ən böyük rolu isə Alman firmaları boynuna götürür. Almanlar nefti Avropaya ötürmək üçün iki marşrut istifadə edir. Bunlardan biri İran və Dubay üzərindən Avropa, digəri isə Tartus limanı. İŞID-in neftini alan almanlar tankerlərlə nefti Aralıq dənizi sahilindəki Tartus Limanına çatdırır. Buradan da gəmilərlə neft Avropa ölkələrinə göndərilir. Bunun müqabilində pullar nağd şəkildə ödənilir. Əldə edilən pulların da böyük hissəsi silah almağa istifadə edilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə