Obama: "Türkiyə PKK-dan çox İŞİD-ə diqqət ayırmalıdır"

Obama: "Türkiyə PKK-dan çox İŞİD-ə diqqət ayırmalıdır"
ABŞ Prezienti Barak Obama Ağ Evdə keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar barədə verilən suallara cavab verən Obama bildirib ki, Türkiyə diqqətini PKK-dan çox İŞİD-ə cəmləməlidir.

"American Huffington Post" qəzetinin müxbirinin sualını cavablayan Obama deyib: "Türklərin PKK-ya qarşı özünümüdafiə hüququ var, lakin əsas prioritetimiz Suriyaya getməyə çalışan əsgərlər üçün sərhədlərin bağlanılmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə