Baş nazir Qaqauz Yerinə səfər edib

Baş nazir Qaqauz Yerinə səfər edib

Valeriu Strelets Moldovanın Baş naziri vəzifəsinə təyin olunandan bir həftə sonra bu vəzifədə ilk işgüzar səfərini Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (MƏQ) paytaxtı Kompat şəhərinə edib. MOLDPRES agentliyi xəbər verir ki, Baş nazir Qaqauz Yeri MƏQ-in başqanı İrina Vlax ilə görüşündə muxtariyyətin aktual məsələlərini müzakirə edib.

Qaqauz Yerinin başqanı muxtariyyət ilə maraqlandığı üçün Baş nazirə təşəkkür edərək ölkə hökuməti ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirib.

Tərəflər geniş əhatəli aktual məsələləri müzakirə ediblər.

Sonra Baş nazir V.Strelets Komrat Dövlət Universitetində olub. Burada o, Xalq Məclisinin deputatları, Qaqauz Yeri İcraiyyə Komitəsinin üzvləri, işgüzar dairələrin və sosial təsisatların nümayəndələri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə