Braziliya siyasətçisi Jota Silva ölkənin təqviminə qeyri-adi tarix daxil etmək təklifi irəli sürüb. Onun fikrincə, pentakampeonlar (futbol üzrə beş qat dünya çempionu Braziliya yığması) tarixində ən rüsvayçı hadisəni - 2014-cü ilin futbol üzrə dünya çempionatında braziliyalıların öz meydanında Almaniyaya məğlub olmasını hər il xatırlamaq lazımdır.
Xatırladaq ki, ötən il dünya birinciliyinin ev sahibləri iyulun 8-də Belu-Orizontidə keçirilən yarımfinal matçında 1: 7 hesabı ilə Almaniya yığması tərəfindən darmadağın edilib.
Sonra Almaniya Argentina yığmasına qalib gələrək dünya çempionu adını qazanıb, Braziliya isə üçüncü yer uğrunda matçda Hollandiyaya məğlub olub.
"Sport-Ekspress" nəşri J.Silvanın bu sözlərini sitat gətirib: "Bu, bayram deyil, xatirə günü olacaq. Həmin matçdan iki-üç ay sonra da insanlar "Almaniyadan daha bir qol!" deyərək ələ salırdılar. Braziliyada futbolun səviyyəsi enməyə davam edir. Biz özümüzdən soruşmalıyıq: hara gedirik? Həmin gün bu suala cavab vermək şansımız olacaq".






.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB