AFR Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarə Almaniya ərazisindəki qaçqınlara münasibətdə təcavüzkar davranışın eskalasiyası barədə xəbərdarlıq edir. Bu barədə idarənin rəhbəri Hans-Georq Masen avqustun 5–də "Reuters" agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, qaçqınların yaşadıqları yerə hücumların sayı 2014-cü ildə üç dəfə artıb, 2015-ci ilin birinci yarısının yekunlarına görə isə vəziyyət yalnız kəskinləşib. O, hücumların sayının gələcəkdə artması təhlükəsindən narahat olduğunu bildirib.
Hans-Georq Masen izah edib ki, söhbət yataqxanaların yandırılmasından gedir ki, nəticədə hələ ki, zərərçəkən olmayıb. İdarə rəhbərinin sözlərinə görə, bununla belə zərərçəkənlərin olacağını istisna etmək olmaz. O qeyd edib ki, sağ ekstremist təşkilatları qaçqınlara qarşı artan təcavüzdən faydalanmağa, bununla da siyasi çəkilərini yenidən artırmağa cəhd göstərirlər./azərtac/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB