İran Türkiyə ilə sərhədi bağladı

İran Türkiyə ilə sərhədi bağladı
İran polis şefi General Hüseyn Aştari Milli Təhlükəsizlik Şurasının qərarı ilə Türkiyə ilə olan şimali-qərb sərhədinin bağlandığını elan edib. SİA-nın İranın "Tasnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hüseyn Aştari Tehranda həyata keçirilən bir konfransda çıxış edib. O bildirib ki, bunun səbəbini yalnız Milli Təhlükəsizlik Şurası açıqlaya bilər. Lakin sərhədin bağlanmasını səbəb çox güman ki, son zamanlar Türkiyədə baş vermiş hadisələrlə bağlıdır.

İran Dəmiryolları Şirkəti Raja cümə günü qatar səfərlərini dayandırıb. Türkiyə isə bu barədə hələ bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə