Ukrayna ABŞ-ın 51-ci ştatı gözündə

Ukrayna ABŞ-ın 51-ci ştatı gözündə

Amerikalı insan hüquqları müdafiəçisi Riçard Beyker ABŞ-ın Ukrayna ilə bağlı siyasi planına münasibət bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Beyker bildirib ki, ABŞ Ukraynanı 51-ci ştat olaraq görür.

Amerikalı ekspert ABŞ-ın Minsk qrupu ilə apardığı danışıqları da səmimiyyətsiz hesab edib. O bildirib ki, ABŞ bu danışıqlarda da vəziyyəti tamamilə öz xeyrinə dəyişmək istəyir. Beyker qeyd edib ki, ABŞ bu vaxtadək bir çox müqavilənin şərtlərini pozub.

O müsahibəsində deyib ki, Ukrayna dünyanın digər yarımkürəsində olsa da ABŞ ona öz ştatı kimi münasibət göstərir. ABŞ-ın Ukraynaya silah verməsi isə təbii ki, müqaviləyə zidd bir davranışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə