Avropa Birliyindən Türkiyəyə PKK əməliyyatları ilə bağlı inanılmaz çağırış gəldi. SİA-nın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Avropa Birliyi Türkiyəyə PKK-ya qarşı "mütənasib cavab verin" çağırışını edib. Avropa Birliyi Naziri və baş müzakirəçi Volkan Bozkır bu çağırışa "PKK sizin də terror siyahınızdadır" cavabını verib.
Volkan Bozkır AB Qonşuluq Siyasəti və Genişləndirmə Müzakirələrindən məsul komissarı Coannes Han ilə telefonla görüşüb. Görüş AB və Türkiyə arasında PKK polemikasına səbəb olub. AB Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyib lakin terrora mütənasib cavab verin deməklə xəbərdarlıq edib.
Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB