İŞİD terror təşkilatına qarşı İraqın müxtəlif bölgələrində təşkil olunmuş hərbi əməliyyatlar nəticəsində 56 terrorçu öldürülüb. SİA-nın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Ramadi şəhərinin Əl-Xalidiyyə qəzasının Məclis başçısı Əli Davud bildirib ki, təşkil olunmuş hərbi əməliyyatlarda əsas hədəf Xalidiyyə şəhərində yerləşən İŞİD qüvvələri olub.
Qeyd edək ki, hava hücumu ilə həyata keçirilən əməliyyatlarda silahla dolu 3 yüklü avtomobili məhv edilib.
Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB