ABŞ-da səyyar sirkin çadırı uçub: Qurbanlar var

ABŞ-da səyyar sirkin çadırı uçub: Qurbanlar var

ABŞ-ın Nyu-Hempşir ştatında yarmarkada güclü qasırğa nəticəsində səyyar sirk uçub. Hadisə nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb. Ümumilikdə çadırda 250 tamaşaçı olub.

Sinoptiklər bu region üçün güclü qasırğa pronozlaşdırmışdılar. Hazırda faciə yerində xilasedicilər və yerli hökumət nümayəndələri çalışır.

Qeyd edək ki, dünən analoji faciə Çikaqoda yaşanmışdı. Orda musiqi festivalında pis havaya tamaşaçıların gizləndiyi çadırın uçması nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə