PKK-dan növbəti terror: 2 əsgər şəhid oldu VİDEO

PKK-dan növbəti terror: 2 əsgər şəhid oldu VİDEO

Türkiyədə PKK terrorçuları tərəfindən növbəti hücum həyata keçirilib. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Şırnak vilayətində baş verən terror hücumunda iki əsgər şəhid olub, bir əsgər və meşəbəyi yaralanıb.

Araköy kəndi yaxınlığında hərbi maşınların keçdiyi yola terrorçular tərəfindən partlayıcı maddə döşənib. Əsgərlər yoldan keçən zaman partlayış baş verib. Hadisədən sonra raket və iriçaplı silahlarla hücumu davam etdirən PKK silahlıları avtomobilə hücum edib. Nəticədə 2 əsgər şəhid olub, bir əsgər yaralanıb. Hazırda bölgədə qaçan terroristləri yaxalanması istiqamətində axtarış əməliyyatı aparılır.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə