Kerrinin Yaxın Şərqə səfəri başlayıb

Kerrinin Yaxın Şərqə səfəri başlayıb

Avqustun 1-də ABŞ-ın dövlət katibi Con Kerrinin Yaxın Şərq turnesi start götürüb. ABŞ rəsmisi ilk olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Avqustun 8-dək davam edəcək səfər çərçivəsində Con Kerrinin Qətərə və Cənub-Şərqi Asiya ölkələrinə gedəcəyi gözlənilir. Onun Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı haqqında Vyanada imzalanan sazişlə bağlı məsələlər müzakirə olunacaq.

Turne çərçivəsində ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə