Angela Merkelin sükanı əldən vermək fikri yoxdur

Angela Merkelin sükanı əldən vermək fikri yoxdur

"Der Spiegel" jurnalı yazır ki, AFR kansleri Angela Merkel 2017-ci ildə bundestaqa seçkilərdə partiyasına yenidən rəhbərlik etmək niyyətindədir. O, Xristian-Demokratik İttifaqının (XDİ) baş katibi Peter Tauber və partiyanın federal icraçı katibi Klaus Şüler ilə görüşündə il yarımdan sonra XDİ-nin seçkiqabağı kampaniyasını kimin idarə edəcəyini müzakirə edib.

"Der Spiegel" qeyd edir ki, hələ bir neçə həftə bundan əvvəl Angela Merkel Bavariyanın Xristian-Sosial İttifaqının (XSİ) sədri Xorst Zeyexoferlə qarşıdan gələn seçki kampaniyasında strateji məsələləri müzakirə edib. Həmin vaxt X.Zeyexofer XDİ/XSİ blokunun bundestaqda mütləq çoxluğa nail olmaq məsələsini irəli sürüb, lakin Angela Merkel bu təklifə şübhə ilə yanaşıb.

A.Merkel partiyadaxili səviyyədə bildirib ki, o, namizədliyini irəli sürmək barədə qərarını yalnız 2016-cı ilin əvvəlində rəsmən qəbul edəcək. Nəşr qeyd edir ki, hələ aydın deyil: A.Merkel yeni çağırış bundestaqda daha dörd il kansler kürsüsünə iddialı olacaqmı?

Bütün xəbərlər Facebook səhifəmizdə