İki polis şəhid oldu

Türkiyənin Adana vilayətinin Pozantı bölgəsində PKK üzvləri polis bölməsinə silahlı hücum ediblər. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, terror hadisəsi gecə saatlarında 8 terrorçu tərəfindən həyata keçirilib. Hücum zamanı baş verən atışmada 2 polis əməkdaşı şəhid olub. Qarşı tərəfdən isə iki terrorçu öldürülüb.

Şəhid polislərdən biri Sərdar Kazar subay, digər isə İsa İpək evli və iki övlad atası olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə